Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə Rusiyanın “Sputnik V” vaksininin istehsalı başlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb

İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza “Sputnik V” vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.

İstehsal olunan məhsul həm Türkiyə bazarına, həm də ixraca yönələcək.