Türkiyədə qeydiyyata alınmış nəqliyyat vasitələrinin sayı artıb

2021-ci ilin iyulunda Türkiyədə istifadə olunan nəqliyyat vasitələri ötən ilin iyulu ilə müqayisədə 12,1 faiz artaraq 116 877-yə çatıb.

Trend bu barədə Türkiyə Statistika Komitəsinə (TÜİK) istinadən məlumat verir.

Hesabat dövründə nəqliyyat vasitələri arasında minik avtomobillərinin payı 54 faiz, yük maşınları və furqonların payı 14,7 faiz, motosikletlərin payı 24,3 faiz, traktorların payı 3,7 faiz təşkil edib. Nəqliyyat vasitələrinin 3,3 faizi digər nəqliyyatın payına düşüb.


Qeyd edək ki, Türkiyə avtomobil istehsalının həcminə görə, Avropada altıncı yeri tutur. Ölkədə “Ford”, FIAT, “Renault”, “Toyota”, “Honda”, “Opel”, “Hyundai”, “Mercedes-Benz” və MAN avtomobilləri yığılır. Bundan başqa, Türkiyədə BMC, “Temsa” və “Otokar” yerli markalı avtobuslar istehsal olunur.

(Tərcümə: Orxan Nəbiyev)