Türkiyədə aprelin 1-dən etibarən təbii qaz bahalaşıb.
Trend-in
məlumatına görə, bu barədə BOTAŞ şirkəti bildirib.
Qeyd olunur ki, bu gündən etibarə ölkədə yaşayış evlərinə
verilən təbii qazın qiyməti 35 faiz, elektrik enerjisi istehsalı
üçün istifadə olunan təbii qazın qiyməti 44,3 faiz artırılıb.
Şirkətin məlumatında deyilir ki, Türkiyədə istehlak olunan qazın
99 faizi ölkəyə ixrac olunur.
Qeyd edək ki, son bir il ərzində Türkiyədə təbii qaz 92,8 faiz
bahalaşıb.
Eyni zamanda, aprelin 1-dən etibarən Türkiyədə elektrik
enerjisinin də qiyməti 20 faiz artırılıb.