Gəncədə cibgir qardaşlar saxlanılıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis
İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə
biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən
əmliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış
məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən
əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb. Polis
İdarəsində onun üzərinə baxış keçirilən zaman əlindəki qutudan 1
ədəd “TOZ” markalı odlu silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, saxlanılan şəxsin ətrafında davam etdirilən
istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin müxtəlif
vaxtlarında qardaşı Umud Adıgözəlov ilə birlikdə sərnişinlərin sıx
olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etmələri məlum
olub. Araşdırma zamanı həmin şəxslərin 4 vətəndaşın çantasından
mobil telefon oğurladıqları müəyyən edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı
araşdırmalar davam etdirilir.

Teqlər: