Türkiyənin cənub-şərqində, Adıyaman şəhərində bir polis məmuru polis bölməsinə atəş açıb.
AzerTimes xəbər verir ki, bu barədə “TGRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı yaralanıb.
Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.