Blinken Yaxın Şərqdəki vəziyyətə görə bu ölkəyə gedir

Blinken Yaxın Şərqdəki vəziyyətə görə bu ölkəyə gedir

ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün aprelin 29-30-da Səudiyyə Ərəbistanına səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Blinken Səudiyyə Ərəbistanında regional tərəfdaşları ilə girovların azad edilməsi üçün Qəzza zolağında atəşkəsin əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Teqlər: