Türkiyədə “Pfizer” preparatından sonra “buster” doza olaraq “Turkovac” peyvəndi vurulacaq

Türkiyədə “Pfizer” və “BioNTech” şirkətlərinin preparatı ilə tam peyvənd olunduqdan sonra “buster” doza kimi təsirsiz hala gətirilən”Turkovac” peyvəndinin tətbiqi ilə bağlı araşdırmalara başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu Ankara şəhər xəstəxanasının baş həkimi İhsan Ateş deyib.

Onun sözlərinə görə, “Turkovac” ən azı 90 gün əvvəl “Pfizer” və “BioNTech” şirkətlərinin vaksininin iki dozasını qəbul edənlərə vurulacaq.


“Bu “B” fazasının ikinci tədqiqatıdır və Ankara, İstanbul və İzmirdəki beş mərkəzdə 1034 könüllünün iştirakı ilə üç ay davam edəcək”, – deyə baş həkim bildirib.