Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin ​​NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (SACEUR) baş komandanı general Todd D.Volters ilə telefon danışığı olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Şimali Atlantika Alyansındakı son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.