Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 236 nəfər vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 432 131 nəfər test edilib, 96 514 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 83 274 nəfər sağalıb.