Almaniya Litvaya qoşun göndərməyə hazır olduğunu açıqlayıb

Almaniya Litvaya əlavə olaraq 350-yə qədər hərbçi göndərməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında deyilir.

“Biz NATO-nun şərq cinahında dəstəyimizi gücləndiririk. Biz Bundestaqı məlumatlandırmışıq ki, Litvada döyüş qrupuna 350-dək əlavə hərbçi göndərilə bilər. Almaniyanın müdafiə naziri Kristin Lambreht bunu Baltikyanı tərəfdaşlarla razılaşdırıb”, – deyə məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambreht “Funke” mediaqrupuna açıqlamasında bildirmişdi ki, Almaniya Litvada əlavə hərbi kontingentin yerləşdirilməsi imkanını istisna etmir.