Türkiyədə ötən sutka koronavirusa 86 600 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
268 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin
Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 464 085 nəfər test edilib, 86 600 yeni
yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 95 526 nəfər
sağalıb.