Türkiyədə ötən sutka koronavirusa 86 070 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
271 nəfər vəfat edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən
bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 463 335 nəfər test edilib, 86 070 yeni
yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 98 199 nəfər
sağalıb.