İsrail Suriyanın Quneytra vilayətinin ətraf ərazilərinə raket zərbələri endirib

İsrail Suriyanın Quneytra vilayətinin ətrafına “yer-yer” tipli
raketlərdən istifadə etməklə hücumu həyata keçirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər verib.

Hücumun Suriya ilə sərhədə yaxın Qolan təpələrindən həyata
keçirildiyi bildirilib.


Atışma nəticəsində maddi ziyan dəyib.