Türkiyədə ötən sutka koronavirusa 61 764 yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
221 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 421 855 nəfər test edilib, 61 764 yeni
yoluxma halı qeydə alınıb.


Qeyd edilib ki, ötən gün koronavirusdan 85 552 nəfər
sağalıb.