Türkiyədə ötən sutka koronavirusa 12 mindən çox yoluxma halı qeydə alınıb

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19)
37 nəfər vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə
Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən
edilməsi ilə əlaqədar 232 135 nəfər test edilib, 12 213 yeni
yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 13 568 nəfər
sağalıb.