Şəmkir rayonunda yük qatarı yanıb

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
rayonun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus
30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin
istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının
üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb. Vaqonun qalan
hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: