Qəhrəmanmaraş və Qaziantepdə olan Güney azərbaycanlı soydaşlarımızdan hələ bir xəbər ala bilməmişik. Onlara əlaqə yaratmağa çalışsaq da, heç bir nəticə yoxdur.
Bu barədə AzerTimes saytına Azərbaycan Mərkəzi Partiyanın üzvü Elyar Kamrani məlumat verib.
“İstanbulda və Türkiyənin digər bölgələrində yaşayan Güney Azərbaycandan olan insanlar arasında zəlzələdən ciddi xəsarət alan olmayıb. Hadisədən sonra bir-birimizlə əlaqə saxlamağa və bildiyimiz məlumatı yaxınlarımızla bölüşməyə çalışırıq”, – Kamrani bildirib.