348-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

348-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 348-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 382 təyyarəsi, 206 helikopteri, 3027 PUA-sı, 403 zenit-raket kompleksi, 7759 tank və digər zirehli texnikası, 1009 reaktiv yaylım atəş sistemi, 4012 artilleriya və minaatanı, 8276 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: