Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı

Türkiyədə NATO neft kəməri zədələndi, mazut gölə axdı

NATO-ya məxsus neft kəməri Türkiyənin Kocaeli şəhərində aparılan yol çəkilişləri nəticəsində zədələnib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, kəmərdən axan mazut yaxınlıqdakı Sapanca gölünə sızıb.

Bildirilib ki, aidiyyəti qurumlar qəzanın nəticələrini aradan qaldırmağa başlayıblar.

Yerli su-kanal idarəsindən verilən məlumata görə, gölün çirklənmiş hissəsi suqəbuledici məntəqələrdən uzaqda yerləşdiyi üçün vətəndaşların içməli su ilə təminatında problem olmayacaq.

Qeyd edək ki, Türkiyənin ərazisindən keçən 3 min kilometrdən çox uzunluğu olan neft kəməri Türkiyə Silahlı Qüvvələri və NATO qüvvələrinin ehtiyaclarını ödəyir.

Teqlər: