Türkiyədə miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb, çox sayda ölən var

Türkiyənin Van şəhərində qeyri-leqal miqrantları daşıyan mikroavtobus aşıb və daha sonra alışıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 12 miqrant həlak olub, 20 miqrant isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerinə yanğınsöndürmə, təcili yardım briqadaları və polsi əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


Qəzanın səbəbi barədə məlumat verilmir.