Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 nəfər yaralanıb

Türkiyənin İstanbul vilayətində mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.

AzerTimes-ın məlumatına görə, polis əməkdaşlarını İstanbul Hava Limanına daşıyan mikroavtobus yolun buz bağlaması və duman səbəbindən aşıb.

Hadisə zamanı 10 polis əməkdaşı yaralanıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Avtobus sürücüsü xəsarət almayıb.