Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı artıb

Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib.

Nazir bildirib: “Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib”.


Qeyd edək ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.