Türkiyədə meşə yanğını nəzarət altına alındı

Türkiyədə meşə yanğını nəzarət altına alındı

2023.06.23. 19:17

Türkiyənin Adana bölgəsində meşədə yanğın başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.

Əraziyə yaxınsöndürmə briqadaları cəlb olunub.

Yanğınsöndürənlər havadan və qurudan yanğını söndürməyə çalışır.

***

Adananın mərkəz Çukurova rayonunda meşəlik ərazidə çıxan yanğın nəzarət altına alınıb.

Bölgəyə 2 təyyarə, 8 helikopter, 50 yanğınsöndürən maşın, 30 su çəni və təxminən 300 personal cəlb edilib.

Yanğın ekipajın havadan və qurudan müdaxiləsi ilə nəzarət altına alınıb.

Bölgədə soyutma işləri davam edir. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Teqlər: