Türkiyədə mafiya üzvü olan azərbaycanlı qadın saxlanıldı

Türkiyədə mafiya üzvü olan azərbaycanlı qadın saxlanıldı

Türkiyənin hüquq-mühafizə orqanları saxta valyutanın hazırlanması və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin işi üzrə istintaq prosesini yekunlaşdırıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, 71 nəfər şübhəlini əhatə edən istintaq 298 səhifəlik cinayət materialından ibarətdir.

İstintaq zamanı cinayətkar qruplaşmanın üzvlərindən biri saxta əsginaslarla 50 milyard dolların hazırlandığını etiraf edib.

Təqsirləndirilənlər arasında qruplaşmada kuryer “işləmiş” Azərbaycan vətəndaşı, 61 yaşlı Elmira Abdullayeva da var.

Məlum olduğu kimi, 2021-ci il mayın 23-də polisin məxfi nəzarətində olan Elmira Abdullayeva Bakıdan İstanbula uçub və iyunun 3-də İstanbulun Aksaray rayonundakı otellərdən birində həbs edilib.

Axtarış zamanı onun üzərindən Tehrana aviabilet və 5 000 saxta dollar aşkar edilib.

Cinayət işinin baxılması məsələsində Ankara və İstanbul Ağır Cəza Məhkəmələri arasında səlahiyyət bölgüsü mübahisələrə yol açdığından, işə Türkiyə Ali Məhkəməsinin 5-ci Cəza Kollegiyasında baxılacaq.

Teqlər: