Türkiyədə koronavirusdan sağalanların sayı 5,05 milyonu ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 166 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 787 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 8 738 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 212 123 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 12 205 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 057 713 nəfər təşkil edir.