Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 223 nəfər dünyasını dəyişib.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 44 760 nəfərə çatıb.
Bildirilib ki, ölkədə 10 512 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 117 374 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 14 418 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 947 256 nəfər təşkil edir.