Qüds yaxınlığındakı sinaqoqda tribunanın çökməsi nəticəsində yaralıların sayı artıb

Qüds yaxınlığında Qivat-Zeev şəhərindəki sinaqoqda tribunanın çökməsi nəticəsində təxminən 219 nəfər xəstəxanaya yerləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrailin Kan radiosu xəbər verib.

Məlumata əsasən, 15 nəfərin vəziyyəti ağırdır. Digər yaralılar yüngül və ya orta dərəcədə xəsarət alıb.