Türkiyədə koronavirusdan sağalanların sayı 2,5 milyon nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 83 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 821 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 241 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 616 600 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 217 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 504 050 nəfər təşkil edir.