Türkiyədə kağız fabrikində yanğın baş verdi

Türkiyədə kağız fabrikində yanğın baş verdi

Türkiyənin Qəhrəmanmaraş vilayətində kağız istehsalı fabrikində yanğın baş verib.

AzerTimes xəbər verir ki, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.

Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Teqlər: