Türkiyədə İŞİD-lə əlaqəli 147 şəxs saxlanıldı

Türkiyədə İŞİD-lə əlaqəli 147 şəxs saxlanıldı

Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 147 şəxs həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X platformasındakı hesabında məlumat verib.

Məlumata əsasən, terrorla mübarizə çərçivəsində İŞİD-ə qarşı 33 vilayətdə “Qəhrəmanlar-49” adlı əməliyyat keçirilib.

Qeyd edək ki, ötən həftə Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən “Qəhrəmanlar-48” əməliyyatı zamanı 15 əcnəbi saxlanılmışdı.

Teqlər: