Türkiyədə işçiləri aparan avtobus qəzaya uğrayıb, yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Mersin vilayətində işçiləri aparan avtobus qəzaya
uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Qəza
zamanı avtobusda 16 nəfər olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Qeyd olunur ki, avtobusun sərnişinləri Akkuyu atom elektrik
stansiyasının tikintisində fəaliyyət göstərən işçilər olub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.