AFFA çempiona kubok əvəzinə şar verilməsinə aydınlıq gətirdi

Xəbər - Fərid Zöhrabov – Trend:

AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində məktəblilər
arasında keçirilən mini-futbol turnirində mükafatlandırılma
mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr
müzakirələrə səbəb olub.

Bununla bağlı AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Firuz Abdulla Trend-ə açıqlama verib.

O bildirib ki, turnir təşkil olunarkən qaliblərə mükafat və
kubok verilməsi nəzərdə tutulmayıb. “Bu rəsmi turnir və liqa deyil.
Birinci yeri tutan komandaya da helium şarını fərqləndirmək üçün
veriblər”, – F.Abdulla deyib.


Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərində
yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında
keçirilən mini-futbol turnirinin qalibinə 1 rəqəmi olan helium şarı
təqdim edilib. Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan
yığmasının sabiq üzvü, tanınmış futbolçu Vəli Qasımov verib.

Teqlər: