Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin noyabrında Türkiyədə illik inflyasiya 21,31 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Bu, son üç il ərzində qeydə alınan ən yüksək göstərici olub.

Eyni zamanda oktyabrla müqayisədə inflyasiya 3,51 faiz artıb.

Qeyd edək ki, Türkiyə lirəsi bu ilin əvvəli ilə müqayisədə ABŞ dollarına nisbətən 45 faizdən çox ucuzlaşıb.

Teqlər: