Türkiyə Mərkəzi Bankı ilin sonu üçün inflyasiya proqnozunu 58%-ə qaldırıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının sədri Hafizə Qaye Ərkan deyib.
“2024-cü il üçün proqnoz 33%-ə qədər yenilənib, 2025-ci ilə isə inflyasiyanın 15%-ə düşəcəyini gözləyirik. Mərkəzi Bankın yeni proqnozuna görə, bu il ərzaq inflyasiyası 61,5% səviyyəsində olacaq”, – o bildirib.