Azərbaycan-Avstriya oyununun stadionu müəyyənləşdi

Azərbaycan-Avstriya oyununun stadionu müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya seçməsi ilə keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

AzerTimes xəbər verir ki, görüş oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, F qrupunda yer alan Azərbaycan millisi ilk üç oyunda 1 xal toplayıb. Canni De Byazinin yetirmələri I turda səfərdə Avstriyaya 1:4 hesabı ilə məğlub olub.

Teqlər: