Hərbi helikopter qəzaya uğradı

Hərbi helikopter qəzaya uğradı

Bir neçə saat öncə Türkiyənin Şirnak bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbiçi həyatını itirib. Faktı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı təsdiqləyib.

13 nəfərin, o cümlədən bir general, iki polkovnik və dörd zabitin qəza nəticəsində həlak olub.

“Mayın 31-i saat 20.55-də uçuş zamanı elektrikötürücü xətlə toqquşan “Sougar AS 532″ tipli helikopter qəzaya uğrayıb. Helikopterdə 13 nəfər olub. Əldə edilən məlumatlara görə, onlar ölüblər”, – deyə Türkiyə hərbi idarəsinin məlumatında bildirilir.