Türkiyədə həbs olunduğu deyilən Rzayev danışdı – Video

Türkiyədə həbs olunduğu deyilən Rzayev danışdı – Video

Xəbər verdiyimiz kimi, Milli İstihbarat Təşkilatı Türkiyədə fəaliyyət göstərən yerli və xarici casuslara qarşı uğurlu əməliyyatlar həyata keçirib. İŞİD üzvlərindən ibarət təxminən 10 min nəfərlik heyət deşifrə edilib. İran kəşfiyyatına casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı deyilənlər arasında azərbaycanlı Seymur Rzayevin də var.

AzerTimes xəbər verir ki, sosial şəbəkədə video-müraciət yayan S.Rzayev yazılanların həqiqət olmadığını deyib. O, casus olmadığını və saxlanılmadığını bildirib:

“Mən heç vaxt Azərbaycan xalqına xəyanət etməmişəm, etmərəm də. Biznes fəaliyyəti ilə məşğul olan adamam. Mənim adımı çəkib, şəkillərimi yayanlar qanun qarşısında cavab verəcəklər”.

O vurğulayıb ki, hazırda bu məsələ araşdırılır. Onun adını siyahıya kimlərin saldığı yaxın vaxtlarda bəlli olacaq.

Teqlər: