Türkiyədə güneyli İrana deportdan son anda qurtuldu

Türkiyədə güneyli İrana deportdan son anda qurtuldu

Yanvar ayının 14-də iş yerində yaranan xoşagəlməz hadisə ilə əlaqədər polisə şikayət etdim. Məlum oldu ki, buranın qanunları ilə yaşamaq üçün icazəm olsa da, işləyə bilmərəm. Bu səbəbdən polis məni saxladı və deportasiya ilə bağlı xəbərdarlıq aldım.

Bunu AzerTimes-a güneyli siyasi fəal Murtaza Muradpur yanvarın 14-də Türkiyənin İstanbul şəhərində saxlanmasının səbəblərinə aydınlıq gətirərkən deyib.

O, deportasiya məsələsinin artıq həllini tapdığını bildirib:

“Dostlarım, eləcə də Türkiyədə yaşayan digər fəallar, hətta işlədiyim şirkətin müdiri də polis idarəsinə yanıma gəldilər, mənimlə yaxından maraqlandılar. Hazırda İrana deportasiya ilə bağlı məsələnin aradan götürüldüyünü düşünürəm. Çünki gerigöndərmə mərkəzindən sərbəst buraxıldım. Amma vəkillərin bildirdiyinə görə, bəzi hüquqi prosedurlar bir müddət davam edə bilər”.

Muradpur həmçinin, Türkiyə cəmiyyəti, eləcə də siyasi partiya mənsublarının məsələ ilə maraqlandığını, eləcə də İYİ Partiyasının sədri Maral Akşənərin baş məsləhətçisi Turhan Çömezin Tvitter hesabından dəstək nümayiş etdirdiyini vurğulayıb.

Teqlər: