Türkiyədə güclü yağışlar sürüşməyə səbəb olub (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimal-şərqindəki Trabzon vilayətində şiddətli yağış nəticəsində daşqınlar qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, Trabzonun Yomra rayonunda evlər su altında qalıb.

Bir neçə kəndi bağlayan yollarda sürüşmələr baş verib. Təbiət hadisəsi nəticəsində hər hansı bir itkinin olmadığı deyilir.

Bölgədə yağıntıların bu gün ərzində də davam edəcəyi proqnozlaşdırılır.