Türkiyənin Adıyaman və Şanlıurfa ərazilərində daşqınlar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, daşqın nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
Əkin sahələri, evlər və iş yerləri su altında qalıb. Məktəblərdə dərslər dayandırılıb.