Türkiyədə güclü qarla əlaqədar 200-dən çox yol bağlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Sivas vilayətində güclü qar yağması ilə əlaqədar ümumilikdə 190 kənd yolu bağlanıb.

Trend-in məlumatına görə, yolların təmizlənməsi və hərəkətin bərpası üçün 100-ə yaxın texnika cəlb olunub.

Eyni zamanda Ərzincan vilayətində 24 yol bağlanıb.


Hazırda kəndlərlə nəqliyyat əlaqəsinin bərpa olunması üçün işlər davam etdirilir.