Türkiyədə güclü partlayış: ölü və yaralılar var – Video

Türkiyədə güclü partlayış: ölü və yaralılar var – Video

Türkiyənin İstanbul şəhərinin Şirinevlər məhəlləsindəki yaşayış binasında partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilib.

Teqlər: