Türkiyədə güclü meşə yanğını: külək əngəl olur… – Video

Türkiyədə güclü meşə yanğını: külək əngəl olur… – Video

Türkiyənin Muğla vilayəti və İğdır bölgəsində güclü meşə yanğınları başlayıb.

AzerTimes xəbər verir ki, güclü külək yanğınsöndürənlərin işinə mane olur və bu səbəbdən yanğın sürətlə yayılır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Muğla vilayətində baş vermiş yanğının söndürülməsinə 520-dən çox insan, 8 amfibiya, 14 helikopter və 110-dan çox digər texnika cəlb olunub.

İğdırda yanğının söndürülməsinə daha 2 amfibiya, 4 helikopter və 17 yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumata görə, yanğınlardan birinə qaynaq işləri səbəb olub. Təhlükəsizlik qaydalarını pozmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb.

Teqlər: