Türkiyədə genişmiqyaslı əməliyyat: 700-dən çox saxlanılan var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə PKK terror təşkilatının mənsublarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Əməliyyat Türkiyənin 40 vilayətini əhatə edib. Ümumilikdə, təşkilat nümayəndələri ilə əlaqələri olan 718 nəfər saxlanılıb.


Saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) rəsmiləri olub.

Əməliyyat zamanı çoxlu sayda sənəd, eləcə də silah-sursat ələ keçirilib.