Türkiyədə gəmidə partlayış olub, yaralananlar var

Türkiyənin İstanbul şəhərində, Tuzla gəmi tərsanəsində partlayış
olub.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 5 işçi yaralanıb.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə yerinə çoxlu sayda xilasedici, yanğınsöndürən cəlb
edilib.