Türkiyədə gəmi reysləri təxirə salınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə kəskin hava şəraiti ilə əlaqədar bir sıra gəmi reysləri təxirə salınıb.

AzerTimes-ın məlumatına görə, bu gün üçün nəzərdə tutulan İstanbul-Bursa marşrutu ilə və əks istiqamətdə reyslər dayandırılıb.

Qeyd edək ki, İstanbulda həftə sonnda başlayan güclü qarın bu gün də yağacağı gözlənilir.