Türkiyədə Ərdoğanın reytinqi kəskin artdı

Türkiyədə Ərdoğanın reytinqi kəskin artdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinq soruğusunun nəticələri dərc olunub.

AzerTimes xəbər verir ki, sorğuya əsasən, Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının üzvləri arasında dəstəyi yüksəkdir və rəyi soruşulanların 89,2%-i onun fəaliyyətini bəyənib. Bununla belə, hakim partiyanın müttəfiq tərəfdaşı olan Milliyyətçi Hərəkat Partiyasının seçiciləri arasında prezidentə dəstək 66%-dir.

Türkiyə liderinin ana müxalifət partiyası CHP-nin üzvləri arasında dəstəyi 13%-dirsə, HDP seçiciləri arasında bəyənənləri 19,7 faiz təşkil edir.

“Metropoll”un digər sorğusuna görə, Ərdoğanın reytinqi may ayında 47,3-ə düşmüşdü, iyunda isə 51,6-ya yüksəlib.

Teqlər: