Putin SSRİ-nin 100 illiyinə “sürpriz” hazırlayır

Putin SSRİ-nin 100 illiyinə “sürpriz” hazırlayır

Rusiyada Ukraynaya qarşı müharibənin bitməsi ilə bağlı 2 tarix səsləndirirlər.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, hər iki tarix Rusiya daxilindəki hadisələrlə bağlıdır:

“Birinci tarix Rusiyada ümummilli seçkilərlə bağlıdır. Kreml 11 sentyabrda baş tutacaq seçkilərə qədər müharibəni bitirmək istəyir. Xüsusilə Rusiya rəhbərliyi Ukraynanın şərq və cənubunda ələ keçirdiyi ərazilərdə psevdoreferendum keçirmək haqda düşünür.

Bütün rus polittexnoloqları bizim ərazimizi və sosial vəziyyəti öyrənir, müəyyənləşdirmək istəyirlər ki, bu əraziləri Rusiyaya inteqrasiya etsinlər, ya yox?”

Onun sözlərinə görə, Rusiyada müharibənin bitməsi üçün ikinci tarix SSRİ-nin yaranmasının 100 illiyidir:

“30 dekabrda SSRİ-nin yaranmasının 100-cü ildönümü tamam olur. Bu, müharibəni bitirmək üçün ikinci tarixdir.

Ancaq hər şey rus işğalçılarının uğurlarından asılı olacaq. Biz nə qədər hazırıq və onlara bu planlarını icra etməyə imkan verəcəyikmi?”

Teqlər: