Türkiyədə enmə-qalxma zolağında 2 təyyarə toqquşdu

Türkiyədə enmə-qalxma zolağında 2 təyyarə toqquşdu

İstanbulun Atatürk hava limanında enmə-qalxma zolağında İstanbul-Aktau və İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən iki təyyarə toqquşub.

“Türk Hava Yolları”na məxsus İstanbul-Taybey reysi üzrə uçuş həyata keçirən təyyarənin qurğu hissəsi zədələnib.

Sərnişinlər dərhal təxliyə edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Təyyarələrin hansı şəraitdə və hansı səbəbdən toqquşması barədə hələlik məlumat açıqlanmayıb.