Türkiyədə Dəmirören Media Peşə və Texniki Anadolu Liseyinin açılışı olub (FOTO)

Bu gün Türkiyədə Dəmirören Media Peşə və Texniki Anadolu
Liseyinin rəsmi açılış mərasimi olub.


Trend
-in məlumatına görə, Dəmirören Media Liseyi ilk
tələbələrini 5 iyun 2022-ci ildə qəbul edəcək.

Dəmirören Media Qrupunun tərkibində olan məktəbin tələbələri
media sahəsinin peşəkarlarından təhsil almaq imkanı əldə
edəcəklər.

Məktəbin birinci ili hazırlıq sinfi olacaq, lakin ümumilikdə 5
illik təhsil veriləcək. Bundan əlavə, məktəbdə təhsil alan
tələbələr Dəmirören Media Mərkəzinin strukturunda işlə təmin
olunacaqlar.

Açılış mərasimində çıxış edən Türkiyənin təhsil naziri Mahmut
Özer həmçinin bu günün peşə təhsili sahəsində tarixi bir gün
olduğunu qeyd edib.

Teqlər: